"Qəbələ" "Əskişəhərspor"la qarşılaşacaq

 "Qəbələ" "Əskişəhərspor"la qarşılaşacaq
  02 Yanvar 2015    Oxunub:2583
Yanvarın 5-dən 29-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq “Qəbələ”nin hazırlıq çərçivəsində qarşılaşacağı komandalardan birinin də adına aydınlıq gəlib.
AzVision.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” qardaş ölkədə keçirəcəyi 2-ci yoxlama oyununda “Əskişəhərspor”la qarşılaşacaq. Superliqa təmsilçisi ilə görüş yanvarın 14-də baş tutacaq.

Bunadək “Qəbələ”nin təlim-məşq toplanışının ilk hissəsindəki digər oyunların tarixi və rəqiblər də müəyyənləşmişdi. İlk yoxlama oyununu yanvarın 10-da keçirəcək komanda PSV-nin (Hollandiya) ikinci komandası ilə üz-üzə gələcək. Ayın 17-də 2 matça çıxacaq “Qəbələ” əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq. “Qəbələ” bundan əlavə yanvarın 22, 25 və 29-da sınaq matçlarına çıxacaq. Bu qarşılaşmalardakı rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti