Hava yağmursuz olacaq

Hava yağmursuz olacaq
  03 Yanvar 2015    Oxunub:1481
Bu gün Bakıda və Abşeron yarımadasında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda gecə 2-4° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sutunu, nisbi rütubət isə gecə 85-95%, gündüz 60-70 % təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən gecə və axşam yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında havanın bəzi yerlərdə yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən gecə və axşam yağıntılı olacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Dağlarda duman olacaq. Şərq küləyi 5-10 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti