Ev yandı - Sabirabadda

Ev yandı - Sabirabadda
  03 Yanvar 2015    Oxunub:1344
Sabirabadda yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Şəhriyar kəndində vətandaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 4 otaq və 1 aynabənddən ibarət kürsülü evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti