Britaniya şahzadəsinə şok ittiham

Britaniya şahzadəsinə şok ittiham
  03 Yanvar 2015    Oxunub:1451
Britaniya şahzadəsi York hersoqu Endryu yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə ittiham edilib.
AzVision.az -ın APA-a istinadən verdiyi xəbərə görə, ittihamlar yetkinlik yaşına çatmayanlarla cinsi əlaqədə təqsirləndirilən maliyyəçi Ceffri Epşteyn barəsində aparılan istintaqla bağlıdır. Qeyd edək ki, şahzadə Endryu Ceffri Epşteyn ilə dost olub.

Məlumata görə, adı açıqlanmayan 30 yaşlı qadın iddia edir ki, 17 yaşında olarkən Ceffri Epşteyn onu hersoq ilə cinsi əlaqəyə məcbur edib.

Bu arada Bukngem sarayı York hersoquna ünvanlanmış ittihamları kəskin rədd edərək, onların həqiqətə uyğun olmadığını qeyd edib.

54 yaşlı şahzadə Endryu Britaniya kraliçası II Yelizavetanın ikinci oğludur.

AzVision.az


Teqlər:  





Xəbər lenti