Rusiyada bu şəxslər hərbi xidmət keçə bilməzlər - FƏRMAN

Rusiyada bu şəxslər hərbi xidmət keçə bilməzlər - FƏRMAN
  03 Yanvar 2015    Oxunub:2653
Rusiya prezidenti Vladimir Putin Silahlı qüvvələrdə hərbi xidmət keçən xarici vətəndaşlarla bağlı fərman imzalayıb.
AzVision.az-ın məlumatına görə, fərman müqavilə əsasında Rusiya Ordusundakı xarici vətəndaşların hərbi xidmət keçməsi vəziyyətini müəyyən edir.

Fərmana əsasən, haqqında ittiham hökmü çıxardılmış, dindirmə və ya ilkin istintaq aparılan, cinayət işi məhkəməyə verilmiş, azadlıqdan məhrum edilmiş xarici vətəndaşlara müqavilə bağlayaraq hərbi xidmət keçmək qadağan edilir.

Xarici vətəndaş olan hərbi qulluqçular hərbi xidməti dünyada qəbul edilmiş prinsiplərə və beynəlxalq hüququn normalarına, Rusiya Federasiyasının beynəlxalq müqavilələrinə və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq münaqişələr şəraitində məsələlərin icrasında iştirak edəcəklər.

Vladimir Putininin digər bir fərmanı isə Krımda və Sevastopolda yaşayan Rusiya Federasiyası vətəndaşlarına da şamil eidlir. Belə ki, Putinin qərarına görə, RF vətəndaşlarının Ukraynada hərbi xidmət keçməsi haqqında sənədləri tanınacaq.


Teqlər:





Xəbər lenti