Nazir özünü güllələdi

Nazir özünü güllələdi
  03 Yanvar 2015    Oxunub:2453
Rusiyada nazir intihar edib.
AzVision.az -ın APA -ya istinadən verdiyi məlumata görə, hadisə Rusiya Federasiyasının Mari El Respublikasında baş verib. Respublikanın daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin bu gün öz kabinetində intihar etdiyi bildirilir.

Qeyd olunub ki, nazir bu gün işə gələndən sonra onun kabinetində atəş səsi eşidilib. General-mayorun xidməti otağında özünü vurduğu bildirilir.

Rusiya Daxili İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda Vyaçeslav Buçnevin dekabrın 26-dan məzuniyyətdə olduğu, onun məzuniyyətinin yanvarın 8-də başa çatacağı da açıqlanıb. V. Buçnev məzuniyyətdə olmasına baxmayaraq, müntəzəm olaraq işə gəlib-gedirmiş. Hazırda fakt üzrə araşdırma aparılır.

V. Busnev 2011-ci ildən Mari El Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl Vyaçeslav Buçnev Kirov rayonunun Polis Şöbəsinin rəisi olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti