Səudiyyə Ərəbistan İraqda yenidən səfirlik açır

Səudiyyə Ərəbistan İraqda yenidən səfirlik açır
  04 Yanvar 2015    Oxunub:1971
Səudiyyə Ərəbistanı İraqın paytaxtı Bağdadda yenidən səfirlik, Ərbildə isə konsulluq açacaq.
AzVision.az xəbər verir ki, iki ölkə, Səudiyyə Ərəbistanının Bağdadda yenidən səfirlik, Ərbildə isə konsulluq açması məsələsində razılığa gəlib.

Eyni zamanda verilən xəbərdə, uzun bir aradan sonra yenidən İraqda açılacaq Səudiyyə Ərəbistanı nümayəndəliklərinin texniki infrastruktur işləri üçün bir heyətin bu həftə Bağdada göndəriləcəyi deyildi.

Səudiyyə Ərəbistanı, 1990-ci ildə Səddam Hüseyn dövründə, İraqın Küveyti işğal etməsi və Krallığı təhdid etməsi səbəbi ilə bu ölkədəki səfirliyini bağlamışdı.


Teqlər:





Xəbər lenti