Bir ailə kanala düşdü - Sabirabadda

Bir ailə kanala düşdü - Sabirabadda
  04 Yanvar 2015    Oxunub:1790
Sabirabad rayonunda avtomobil kanala düşüb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən idarəetməni itirib.

Avtomobil yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib.

Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri - 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti