Rauf Əliyev `Neftçi`də

Paytaxt klubu ilə hərtərəfli razılığa gələn 25 yaşlı hücumçunun sabah 1.5 illik müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, 7 il “Qarabağ”ın şərəfini qoruyan R.Əliyev 2013-cü ildə “Bakı”ya keçib. Ötən ilin iyul ayında isə “Xəzər Lənkəran”a transfer olunan hücumçu cənub klubunda cəmi 5 ay çıxış edib.
AzVision.az