Millimiz növbəti mərhələdə

Millimiz növbəti mərhələdə
  04 Yanvar 2015    Oxunub:1618
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz ikinci görüşünə çıxıb.

Nikolay Adamın yetirmələri bu dəfə Rusiya-2 komandası ilə qarşılaşıb. İlk görüşdə Yaponiyanı 1:0 hesabı ilə məğlub edən futbolçularımız növbəti 3 xalını qazanıb. Komandamız rəqibinə böyükhesabla qalib gələrək, xalını 6-ya çıxarıb və qrup lideri kimi adını növbəti mərhələyə yazdırıb.

Hesabda geri düşən millimiz daha sonra Rusiya-2-ni 4 dəfə mərkəzdən başlamağa məcbur edib. Oyunun sonlarında isə meydan sahibləri hesab arasındakı fərqi azaldıb – 4:2.

Qeyd edək ki, ötən gün Asiya təmsilçisi ilə matçda millimizin yeganə qoluna 8-ci dəqiqədə Elnur Cəfərov imza atıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti