Zaqatala və Şəmkirdə yanğın

Zaqatala və Şəmkirdə yanğın
  05 Yanvar 2015    Oxunub:1458
Zaqatala və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 12:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti