Bütün Rusiya bu azərbaycanlı qızı axtarır – FOTO
Sonuncu dəfə 11 yaşlı azərbaycanlı qızı dekabrın 26-ı görüblər.
“Biz rəfiqimizin evində rüblüyün bitməsini qeyd edirdik. Qumru digərlərinə nisbətən məclisi hamıdan tez tərk edib. O, azərbaycanlıdır. Onun ailəsi olduqca ciddidir. Ona evə tez gəlməyini demişdilər”, - deyə onun rəfiqəsi bildirib.
Qumru öz rəfiqəsi ilə birgə 16:00-da blokdan çıxıb. Bir neçə dəqiqə sonra həmin ərazidən keçən şəxs qızı telefonla danışarkən görüblər. 16:11-də isə o, “Vkontakte”dəki səhifəsinə daxil olub.
“Təxminən o saatlarda həyat yoldaşım qızıma zəng edərək ondan evə gəlməsini istəyib. 15 dəqiqə sonra isə Qumru telefonu götürmürdü. Biz narahat olmağa başladıq. Mən bundan sonra onun axtarışı ilə bağlı polisə zəng etdim”, - deyə Qumrunun atası bildirib.
Artıq Qumru Axmedavonun axtarışına könüllər də qoşulub.
Eldar Tanrıverdiyev