Azərbaycanlı hakim yol qəzasında öldü

Azərbaycanlı hakim yol qəzasında öldü
  05 Yanvar 2015    Oxunub:2324
Azərbaycanlı FİFA referisi Xəlil Hüseynli dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə apasport.az saytına AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib.

O bildirib ki, 29 yaşlı hakim bu gün avtomobil qəzasında həlak olub.

“Xəlil Hüseynli avtoqəzada dünyasını dəyişib. Hazırda onun hüzr mərasimindəyik” - deyə, HK sədri bildirib.

Futzal üzrə FİFA referisi olan Hüseynli bu gün səhər 11:00-12:00 radələrində Zabrat yolunda ağır avtoqəza keçirib. Nəticədə 29 yaşlı hakim faciəvi şəkildə dünyasını dəyişib, idarə etdiyi VAZ 2106 markalı avtomobil isə tamamilə yararsız hala düşüb.

Məmmədov bildirib ki, mərhum bu dəqiqələrdə torpağa tapşırılacaq: “Acı xəbər bizi sarsıtdı. Özümüzü pis hiss edirik. Cənazəsi evindən götürülür. Bir azdan mərhumu torpağa tapşıracağıq”.

AzVision.az


Teqlər:





Xəbər lenti