Samsung ciddi ziyanda: `Galaxy`-lər satılmır
Hətta S4 modeli 16 milyondan çox satılmışdı. Bu səbəbdən Samsung mobil qurğularla bağlı idarəçilərin bəzilərini işdən çıxardı.
Təkcə Çində il ərzində bazarda Samsung smartfonlarının payı 2 dəfə azalıb. Bu isə Samsung şirkəti üçün böyük itkidir. Çünki Çin böyük bazardır. Samsungun əsas rəqibləri Xiaomi, Huawei, Lenovo kimi təzə şirkətlər və onun köhnə rəqibi Apple hesab edilir.
Samsung-a qarşı ən çox narazılıq onun smartfonlarının dizaynın pis olması, interfeysin göz oxşamaması və bütün bunların fonunda qiymətinin həddindən artıq yüksək olmasıdır. Çində açılan təzə Xiaomi, Huawei kimi şirkətlər dizayn, göstəricilər cəhətdən daha yaxşı məhsullar verir. Özü də Samsung modellərindən demək olar ki, 2 dəfə ucuz qiymətə.
2014-cü ilin təkcə 3-cü kvartalında şirkətin gəlirləri 60% azalıb. Bu səbəbdən 2015-ci ildə smartfon modellerini 30% azaltmağı planlaşdırır. Apple şirkətinin smartfonları baha olsa da, Çin bazarında 2014-cü ilin sonunda daha çox satılmağa başlayıb.
odin.az
Teqlər: