Kliçko Şennonla döyüşdən imtina etdi

Kliçko Şennonla döyüşdən imtina etdi
  06 Yanvar 2015    Oxunub:1871
Ukraynanın super ağır çəkili idmançısı Vladimir Kliçko Amerika boksçusu Şennon Briqslə döyüşdən imtina edib.
Ukraynalı idmançı deyib: “Briqs bir qədər çılğındır və o, sadəcə istənilən yolla mənimlə qarşılaşmağa cəhd edir. Lakin hazırda bu döyüş real deyil”.

WBA, IBF, IBO və WBO üzrə kəmərlərin sahibi olan Vladimir Kliçkonun növbəti döyüşü aprelin 25-də Nyu-Yorkun Barclays Center arenasında, öz professional karyerasında hələlik bir dəfə də məğlubiyyətə uğramayan Brayanta Cenninqslə baş tutacaq.

Xatırladaq ki, S.Briqs ötən ilin yazından başlayaraq V.Kliçkonu istənilən yolla döyüşə sövq edir. O, ukraynalı idmançıya çəkmə atıb, 38 yaşlı idmançının məşğul olduğu zala soxulub, restoranlardan birində Vladimirin səhər naharına mane olaraq, görüşəndə rəqibinə mütləq zərbə endirəcəyini vəd edib.


Teqlər:





Xəbər lenti