ABŞ Qarabağa görə narahatdır
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bəyan edib.
“Dağlıq Qarabağda atəşkəsin pozulması bizi narahat edir. ABŞ əvvəlki kimi münaqişənin danışıqlar yolu ilə Minsk qrupu çərçivəsində həllinin tərəfdarıdır. Biz hər iki tərəfi regionda sülhə gətirəcək danışıqlarda iştrak etməyə çağırırıq” - deyə C.Psaki bildirib.