“Neftin ucuzlaşması bizə sərf edir” - Ağ ev
Ağ Ev rəsmisi Coş Ernest bildirib ki, ABŞ istehlakçıları neftin qiymətinin aşağı düşməsindən udur. Belə ki, hazırda benzinin qiyməti aşağı düşür, avtomobillərin satışı isə artır. ABŞ ərazisinin bir çox hissəsində bir qallona (3,7 litr) görə benzinin qiyməti 2 dollardan aşağı düşüb.
Qeyd edək ki, hazırda bir barel “Brent” markalı neftin qiyməti 53 dollardır.
Eldar Tanrıverdiyev