Konqresin saytı ABŞ-ın Azərbaycan siyasətini tənqid etdi
Yazıda deyilir ki, çox vaxt Amerikanın dünyadakı maraqlarını anlamaq çətin olur. Belə ki, ABŞ əslində ona dost ölkələri daha yaxşı müdafiə etməlidir. Xüsusilə də neft hasil edən ölkələri: “Bizim dostlara ehtiyacımız var. Həm də dünyanı Rusiya və İranın enerji ehtiyatlarından azad etməyə yardımçı ola biləcək dostlara”. Bu cür ölkələrdən biri kimi isə Azərbaycan göstərilir.
Yazıda “İsrailin müsəlman dostu” kimi göstərilən Azərbaycanın bu ölkənin neft ehtiyacının 50 faizini təmin etdiyi bildirilir.
“ABŞ Azərbaycana silah satmır. Azərbaycan və qonşu Ermənistan arasında münaqişə davam edir. 1992-ci ildə Azərbaycan 20% torpaqlarını itirib. Həmçinin, rus qoşunların yardımı ilə ermənilər 1 milyon azərbaycanlını öz evlərindən sürgün ediblər, Xocalı soyqırımı törədiblər. Azərbaycan İsraillə dostluq əlaqələri qurduğu kimi, ABŞ-la da qurmaq istəyir. Lakin Obamanın Administrasiyası İsraillə əməkdaşlıq edən dövlətlərlə dostluğa üstünlük vermir”,- deyə yazıda bildirilir.
Məqalədə həmçinin xatırladılır ki, “The New York Times” qəzetində Devid Herzenhornun məqaləsində Azərbaycanda 2013-cü ildə keçirilən prezident seçkiləri tənqid olunmuşdu. Lakin sonra müşahidəçilər bu seçkilərin şəffaf, ədalətli və səmərəli keçirildiyini bildirmişdilər.
AzVision.az