Ərdoğan `erməni soyqırımı`ndan danışdı

Ərdoğan `erməni soyqırımı`ndan danışdı
  06 Yanvar 2015    Oxunub:1901
Ermənistan Türkiyənin bu ölkə ilə münasibətləri normallaşdırmaq istiqamətində nümayiş etdirdiyi bütün iradəyə baxmayaraq, enerjisini qondarma "erməni soyqırımı" məsələsinə sərf edir.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında bu ölkənin xarici dövlətlərdəki səfirlərinin şərəfinə təşkil etdiyi naharda çıxışı zamanı bildirib.

O deyib ki, 2015-ci il 1915-ci il hadisələrinin də yüzüncü ildönümüdür:

"Bu məsələ də tez-tez gündəmə gələcək. 2015-ci il yalnız ildönümü tədbirləri deyil, müəyyən hadisələrin daha yaxşı müzakirəsi və başa düşülməsi üçün də fürsətdir. Biz bütün vasitələrlə həqiqətlərin başa düşülməsi, tarixin düzgün mənimsənilməsi üçün bu il və sonra səy göstərəcəyik".

Ərdoğan qeyd edib ki, Ermənistan tarixi hadisələri birtərəfli şəkildə yozaraq məsələni siyasiləşdirir, yalnız öz dünyagörüşünü qəbul etdirməyə səy göstərir:

"Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi müvafiq qurumlarımızla koordinasiyalı şəkildə işlər görür. İnanıram ki, bu il ərzində istər Türkiyə XİN, istərsə də bütün əlaqədar təşkilatlarımız koordinasiyalı şəkildə son dərəcə aktiv fəaliyyət göstərməklə bu iddiaların öhdəsindən gələ biləcəklər".

AzVision.az


Teqlər:  





Xəbər lenti