Bakıda dəhşətli olay - gəncin başı kəsildi+YENİLƏNDİ

Bakıda dəhşətli olay - gəncin başı kəsildi+YENİLƏNDİ
  07 Yanvar 2015    Oxunub:4475
Bakıda dəhşətli cinayət hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, Səbail rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, başı kəsilən şəxs 1989-cu il təvəllüdlü Həsən Namiq oğlu Həsənovdur.

Onun haqqında ətraflı məlumatlar dəqiqləşdirilir. Qatilin axtarışları hələ də davam edir.

Qeyd edək ki, bu gün axşam saatlarında "Sahil" metrosunun yaxınlığında iki gənc arasında mübahisə düşmüşdü. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib. Gənc hadisə yerindəcə ölüb.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub.


Teqlər:  





Xəbər lenti