Türkiyənin daha bir klubundan futbolçumuz qovulur

Türkiyənin daha bir klubundan futbolçumuz qovulur
  07 Yanvar 2015    Oxunub:2388
Sabiq "Rəvan"lı və Türkiyənin "Giresunspor" klubunda oynayan azərbaycanlı futbolçu Ayaz Mehdiyev klubdan uzaqlaşdırılacaq.
AzVision.az-ın məlumatına görə, bu barədə klub direktoru Mustafa Bozbağ məlumat verib.

Onun sözlərinə görə, hazırda müalicə alan Ayaz Mehdiyevlə yaxın vaxtlarda klub yollarını ayıracaq.

Qeyd edək ki, bir müddət öncə Rail Məlikov "Dənizlispor"dan, Cihan Özkara isə "Sivasspor"dan, Vaqif Cavadov isə `Qaziantep BB` kənarlaşdırılıb.

Sevinc



Teqlər:  





Xəbər lenti