Davudoğludan qadın kamikadze ilə bağlı AÇIQLAMA

Davudoğludan qadın kamikadze ilə bağlı AÇIQLAMA
  07 Yanvar 2015    Oxunub:2324
Türkiyənin baş naziri Əhməd Davudoğlu İstanbulda polis bölməsinə edilən hücumla bağlı açıqlama verib.
AzVision.az yerli mətbuata istinadən xəbər verir ki, Davudoğlu hücum edən şəxsin bağlı olduğu terror şəbəkəsi ilə bağlı iş aparıldığını bildirib.

Baş nazir Sultan Əhməd polis bölməsinə edilən hücumla bağlı qeyd edib ki, bu xəbər onu çox üzüb:

"Toplantı əsnasında belə bir kədərli xəbəri aldıq. Bombalı hücum olub. Bir qardaşımızı, Kənan Kumaşı şəhid verdik. Qəhrəmancasına bu təcavüzə sinə gərdi. Ailəsinə və hüquq-mühafizə təşkilatına başsağlığı verirəm. Qadın terrorçu da öldü".

Terrorçunun üzərindəki iki ayrı bombanın da təsirsiz hala gətirildiyini açıqlayan Davudoğlu polisin qəhrəmancasına davrandığını və təhlükənin böyüməsinin qarşısını aldığını vurğulayıb.

Davudoğlu geniş miqyaslı araşdırma aparılması barədə göstəriş verdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki polis bölməsində güclü partlayış baş verib. Hadisə nəticəsində iki polis yaralanıb, bir polis ölüb. Eyni zamanda hücumu reallaşdıran qadın kamikadze ölüb.


Teqlər:  





Xəbər lenti