Dünya dağılanda CNN bu VİDEO- nu göstərəcək

Dünya dağılanda CNN bu VİDEO- nu göstərəcək
  07 Yanvar 2015    Oxunub:6357
ABŞ-ın CNN telekanalında təcrübə keçmiş Maykl Bellaban adlı jurnalist internetdə maraqlı bir video yayımlayıb.

Onun sözlərinə görə, CNN-də xüsusi təlimat var: əgər dünya dağılarsa, kanalının sağ qalan sonuncu əməkdaşı efirə bu videonu verməlidirlər.

Bellaban bildirib ki, video 30 ildən çoxdur CNN-in arxivində saxlanılır və üzərində “Qiyamət Günü efirə verilsin” yazılıb. Videoda hərbi orkestr “Allah, sənə gəlirik” matəm marşını ifa edir. Hesab olunur ki, “Titanik” batanda da gəmidəki orkestr bu marşı ifa edibmiş.

Bu video yayımlanandan sonra `Daily Mail` qəzeti şərh üçün kanala müraciət etsə də, CNN-dən heç nə deməyiblər.

Tariyel
AzVision.az





Teqlər:  





Xəbər lenti