Koalisiya qüvvələrindən İŞİD-ə ağır zərbə

Koalisiya qüvvələrindən İŞİD-ə ağır zərbə
  07 Yanvar 2015    Oxunub:1596
ABŞ-da daxil olmaqla koalisiya qüvvələri İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarının nəzarətində olan neft yataqlarına 20-yə yaxın güclü aviazərbə endirib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Suriya ərazisində aviazərbələr əsasən Davr az Zavr və Kobani şəhərləri yaxınlığına endirilib. Bu hücumlara nəticəsində İŞİD-in yaraqlılardan ibarət iki böyük dəstəsinin məhv edildiyi bildirilir.

İraq ərazisində isə aviazərbələr Mosul, əl-Qaim, Ramadi və əl-Əsəd şəhərlərinə endirilib. Bu hücum nəticəsində yaraqlılardan ibarət dörd dəstənin məhv edildiyi vurğulanır.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti