40 saylı avtobusda oğurluq

40 saylı avtobusda oğurluq
  07 Yanvar 2015    Oxunub:6914
Quba rayon sakin Artyom Əliyev tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 5-də 40 saylı xətt avtobusunda naməlum şəxs Bakı şəhər sakini Elnur Məhərrəmovun 50 manatını açıq talama yolu ilə alıb.

Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakin Artyom Əliyev tutulub.


Teqlər:



Xəbər lenti