`Görün, biz nələr çəkirik...` - “Böyükağa Hacıyev

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev AzVision.az-a açıqlamasında bildirib ki, futbolçularımızın qovulmasında günahkar onların özləridir. Çünki nizam-intizam qaydalarına riayət etmirlər.
“İndi türk məşqçilər görsün ki, azərbaycanlı məşqçilər bu futbolçuların “əlindən” nələr çəkir. Onun sözlərinə görə, hər bir oyunçu klubda olan nizam-intizamı gözləməlidir. Onlar əgər nizam-intizamı pozublarsa, haqlı olaraq uzaqlaşdırıblar. Ölkəmizə qayıdandan sonra özünü yenə də elə apararsa, burada da o aqibəti yaşayacaqlar. Ola bilsin ki, oyunlarına görə uzaqlaşdırıblar. Bu səbəbdəndirsə, demək ki, özlərini orada doğrultmayıblar”.
Anar Kəlbiyev