`Futbolçuların psixoloji vəziyyəti yaxşı deyil` - Prosineçki
“Mən qarşıda işıqlı gələcək görürəm. Azərbaycanda görüləsi işlər və bunun üçün hər cür şərait var. Düzdür, hazırda Bosniyada aparıcı birinciliklərdə iştirak edən yaxşı oyunçular var, lakin Azərbaycan komandası ilə işləməyin perspektivləri məndə daha çox rəğbət doğurur. Əsas məsələ, çoxlarının fikirləşdiyi kimi pul ilə bağlı deyil. Ümumiyyətlə futbolda hər şeyi qiymətli kağızlarla ölçmək olmur. Daha vacib məsələlər var. Əlbəttə, bir məqam da həlledici rol oynadı ki, azərbaycanlılar mənimlə bosniyalılardan daha əvvəl əlaqə saxladılar. Mən ilk növbədə, təəssüflə qeyd etməliyəm ki, 2016-cı il Avropa Çempionatının dörd seçmə matçında komanda bircə xal da toplamayıb, buna görə oyunçuların psixoloji vəziyyəti heç də yaxşı deyil. İndi əsas hədəf məhz bu amili tənzimləməkdir. Futbolçularda qalib psixologiyası tərbiyə etmək, onları özlərinə inanmağa məcbur etmək lazımdır.
Bütövlükdə biz turnir cədvəlində mümkün qədər yuxarı qalxmağa çalışacağıq. Düzdür, bu çətin olacaq, lakin gənclərimizin potensial imkanları çoxdur. Mən kontraktı imzalayandan sonra futbolçuların çoxuna nəzər salmışam. Onların arasında mənim diqqətimi cəlb edənlər az deyil. Hələlik adlarını çəkməyəcəm, lakin mən bu gənclərə inanıram və onlara ümid bəsləyirəm. Bir sözlə, görüləsi işimiz çoxdur.
Qlobal vəzifə isə növbəti seçmə dövrəyə qədər kadrlar hazırlamaqdır. Liderlərlə bərabər səviyyədə mübarizə apara biləcək rəqabət qabiliyyətli komanda yaratmaq lazımdır”.
Teqlər: