NDİ-ın Ermənistan ofisi bağlanır

NDİ-ın Ermənistan ofisi bağlanır
  08 Yanvar 2015    Oxunub:1821
ABŞ hökuməti tərəfindən maliyyələşən və Ermənistanda demokratiyanın inkişafına kömək edən Milli Demokratiya İnstitutunun (National Democratic Institute – NDI) bu ölkədəki ofisi yaz ayından qeyri-müəyyən müddətədək öz fəaliyyətini dayandırır.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Təşkilatın nümayəndəsi Qeqam Sarkisyan “Azadlıq” radiostansiyasına müsahibəsində mövcud problemin maliyyə ilə bağlı olduğunu bildirib. Eyni zamanda o, NDİ-nin fəaliyyətinin dayandırılmasının Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvülüyü ilə bağlı olmadığını xüsusilə vurğulayıb.

“Mən bu məsələdə siyasi motiv görmürəm. Mən ABŞ hökuməti adından danışa bilmirəm. Bu sualları sız ABŞ səfirliyinə ünvanlaya bilərsiz. Lakin Qərb tərəfindən yüngül məyusluğun olması heç kim üçün gözlənilməz deyil”, - deyə Sarkisyan bildirib. Lakin o eyni zamanda etiraf edib ki, postsovet məkanında prioritetlər dəyişib və son illərdə Gürcüstan, Ukrayna və Moldova ilə müqayisədə Ermənistana az maliyyə ayrılıb.

Əslində isə ofisin bağlanması böyük ehtimalla məhz siyasi hadisədir. Çünki Avrasiya İttifaqına girməklə Rusiyanın qucağına daha çox sığınan Ermənistanda ABŞ-ın bu tip institutlarının görə biləcəyi bir iş qalmır. Buna görə də, onlara ayrılan maliyyə daha özünü doğrultmur.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti