Fransada yeni atışma: Ölənlər var - CANLI YAYIM
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Atışma nəticəsində bir polisin ağır yaralandığı bildirilir. Hadisənin digər təfərrüatları hələ ki açıqlanmır.
Ötən gün Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.
Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.
***
Son məlumatlara görə, atəş açan polis tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Afrika mənşəlli olduğu bildirilir. Onun “Charlie Hebdo” hücumla əlaqəsi olmasının az olduğu bildirilir. Atışma nəticəsində iki polis əməkdaşı yaralanıb.
***
Yayılan ən son məlumatlara görə, yaralanan polislərdən biri aldığı yaralardan həlak olub. Polislərə atəş açan şəxsin isə hadisə yerindən qaçmağa müvəffəq olduğu bildirilir.
Eldar Tanrıverdiyev