ABŞ-dakı səfirimizdən Kramerə CAVAB

ABŞ-dakı səfirimizdən Kramerə CAVAB
  08 Yanvar 2015    Oxunub:2277
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun “Wall Street Journal”da “Freedom House" təşkilatının keçmiş rəhbəri, “McCain” institutunun insan haqları və azadlıqları üzrə hazırkı direktoru Devid Kramerə cavab məktubu dərc edilib.
AzVision.az xəbər verir ki, səfirin məktubunda qeyd edilib ki, Kramerin bu “canfəşanlığı” Azərbaycanın strateji əhəmiyyətini və onun ölkəmizə şəxsi münasibətinin göstəricisidir.

Diplomatın sözlərinə görə, sonuncu fakt reallıqdan imtinaya, “strateji korluq”a gətirib çıxarır.

Səfir hesab edir ki, Kramer onun anti-Azərbaycan təbliğatına zidd olan faktları qəbul etmir.

E.Süleymanov Kramerin məqaləsində göstərildiyinin əksinə olaraq, Almaniyadan olan həkimin rəhbərliyi ilə xarici həkim qrupunun Leyla Yunusu müayinə etdiyini və onun sağlam olduğunu açıqladıqlarını vurğulayıb. “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşları isə konkret faktlar əsasında maliyyə vəsaitinin düzgün idarəolunmaması üzrə dindirilirlər.

“Azərbaycanda daxili hüquqi araşdırmanı Amerka üçün problem kimi şişirtmək sovet illərində aparılan ABŞ-da “məzlum, günahsız kommunistlərin” azad edilməsi kampaniyasını xatırladır. SSRİ-də yaşamış biri kimi mən təəssüflə etiraf etməliyəm ki, bir neçə on illiklər keçməsinə baxmayaraq ideoloji dezinformasiyanın metodları dəyişməz qalır”.

Qeyd edək ki, bir neçə gün əvvəl D.Kramer xarici KİV-də Azərbaycanı əleyhinə məqalə ilə çıxış edib.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti