Hava yağmursuz olacaq

Hava yağmursuz olacaq
  13 May 2013    Oxunub:1443
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, temperatur gecə 11-16°, gündüz 20-25° isti, bəzi yerlərdə 27°-dək isti olacaq. Bakıda gecə 13-15°, gündüz 23-25° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında 20-25°, bəzi yerlərdə 27°-dək isti, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəyda 14-19°, Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda 20-25°, Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmazda 17-22°, Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçalada 20-25°, bəzi yerlərdə 28°-dək isti, Masallı-Lənkəran-Astara-Lerik və Yardımlıda 20-25° isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti