Zibillərin arasından meyit tapıldı

Zibillərin arasından meyit tapıldı
  08 Yanvar 2015    Oxunub:1583
Mənzildə yanmış zibillərin arasından meyit tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda sökülmüş evin otağında 1 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın söndürüldükdən sonra otaqda 1 nəfərin yanmış cəsədi aşkar edilib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti