2014-ün ən yaxşı 10 qapıçısı

2014-ün ən yaxşı 10 qapıçısı
  08 Yanvar 2015    Oxunub:1853
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası 2014-cü ilin ən yaxşı 10 qapıçısının adını açıqlayıb.
AzVision.az-ın qol.az-a istinadən verdiyi xəbərə görə, qurumun 60 ölkədən olan nümayəndələri arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer ötən ilin ən yaxşısı seçilib. O, 216 xal toplayıb.

Tibo Kurtua (Belçika, "Çelsi") ikinci, Keylor Navas (Kosta-Rika, "Real) üçüncü pillədə qərarlaşıb.

Ötən ilin ən yaxşı on qapıçısı aşağıda adları qeyd olunanlardır:

1. Manuel Noyer (Almaniya, "Bavariya") - 216 xal
2. Tibo Kurtua (Belçika, "Atletiko"/"Çelsi") - 96 xal
3. Keylor Navas (Kosta-Rika, "Levante"/"Real") - 46 xal
4. Canluici Buffon (İtaliya, "Yuventus") - 26 xal
5. Klaudio Bravo (Çili, "Real Sosyedad"/"Barselona") - 16 xal
6. Serxio Romero (Argentina, "Monako"/"Sampdoriya") - 14 xal
7. Qilyermo Oçoa (Meksika, "Ayaçço"/"Malaqa") 13 xal
8. Peter Çex (Çexiya, "Çelsi") - 4 xal
9. Huqo Lloris (Fransa, "Tottenhem") - 2 xal
10. Vinsent Enyeama (Nigeriya, "Lill") - 2 xal


Teqlər:





Xəbər lenti