Nizami Gəncəvinin heykəlini yandırdılar

Nizami Gəncəvinin heykəlini yandırdılar
  09 Yanvar 2015    Oxunub:4080
Ötən gecə Dağıstanın Dərbənd şəhərində vandalizm aktı törədilib. Nizami Gəncəvinin bu şəhərdəki heykəli yandırılıb.
Məlumata görə, şəhər parkında təmir gedir, abidə isə ağ örtüklə örtülüb. Vandallar həmin örtüyü yandırıb, nəticədə abidə də zərər çəkib.

Bu məlumatı “Turan”a Dərbənd şəhərinin sakinləri veriblər. Onların sözlərinə görə, böyük Azərbaycan şairinin və mütəfəkkirinin abidəsinə bundan əvvəl də hücum olmuşdu. O zaman abidənin üstünə boya atılmış və şairin “barmağı” sındırılmışdı.

Dərbənd azərbaycanlıları baş verənlərdən narahatdır. Onlar bütün bu hücumlara görə abidəni qorumaq üçün heç bir tədbir görməyən Dərbənd şəhər rəhbərliyini günahlandırır. Azərbaycanlılar yaxın günlərdə genişmiqyaslı etiraz aksiyası keçirməyə hazırlaşırlar.


Teqlər:





Xəbər lenti