Fransada qətliam törədən qardaşlar tapıldı

Fransada qətliam törədən qardaşlar tapıldı
  09 Yanvar 2015    Oxunub:1734
Parisdə satirik “Charlie Hebdo” jurnalının redaksiyasına hücum etməkdə şübhəli bilinən Şerif və Səid Kuaşi qardaşları Fransanın şimalında aşkarlanıb.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Fransa hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, qardaşlardan biri daha əvvəl “Əl-Qaidə” ilə bağlı olub. Hər iki terrorçu silahlıdır və çox təhlükəlidir.

Fransa KİV-nin yaydığı məlumata görə, terrorçular paytaxt Parisdən 80 kilometr şimalda gizlənirlər. Bundan əlavə onların hadisə yerindən uzaqlaşdığı avtomobildə cihadçılara məxsus bayraqlar və bir neçə “Molotov” kokteyli aşkarlanıb. Ən son məlumatlara görə, cinayətkarlar Krepi-an-Valua şəhərində evlərdən birində gizlənir.

Polis onların ələ keçirilməsi ilə bağlı əməliyyat keçirməyə hazırlaşır.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti