Türk jurnalist İrəvanda qətlə yetirildi

Türk jurnalist İrəvanda qətlə yetirildi
  09 Yanvar 2015    Oxunub:2846
Terror təşkilatı olan Daşnaqsütun partiyası qondarma erməni soyqırımının 100 illik yubileyi ərəfəsində türk jurnalistin ölümü ilə gündəmə gəlib.
Belə ki, Hrant Dink Fondunun dəvəti ilə Ermənistana gəlmiş türkiyəli jurnalist Qayə Coşar qətlə yetirilib. AzVision.az “news.am” -a istinadən xəbər verir ki, türkiyəli jurnalist, tərcüməçi Qayə Coşar ötən ilin 26 dekabr tarixində İrəvan şəhərində naməlum şəxslər tərəfindən idarə olunan avtomobillə vurulduqdan sonra şəhər xəstəxanalarından birində 12 gün ərzində koma vəziyyətində olub. Bu ilin 7 yanvar tarixində isə jurnalist komadan ayılmadan vəfat edib.

Məlumata əsasən, sifarişli qətli həyata keçirən cinayətkarlar mərhum jurnalisti avtomobillə vurduqdan sonra onun bədənin üstündən bir neçə dəfə keçiblər.

İstanbul şəhərində nəşr olunan “Aqos” qəzetinin məlumatına əsasən, türkiyəli jurnalist, tərcüməçi Qayə Coşar 2014-cü ilin noyabr ayından etibarən Ermənistan-Türkiyə proqramı çərçivəsində həyata keçirilən layihə ilə əlaqədar İrəvan şəhərində işləyib.

Qeyd edək ki, Qayə Coşar Ermənistanda qətlə yetirilən ilk Türkiyə vətəndaşı deyil. Belə ki, ötən il ərzində Ermənistanda Türkiyə vətəndaşları 1960-cı il təvəllüdlü Evliya Gümüştek, 1971-ci il təvəllüdlü Zeki Adem Poytazoğlu, 1959-cu il təvəllüdlü İsfəndiyar Kayxan və s. Türkiyə vətəndaşları naməlum səbəblərdən dünyasını dəyişiblər.

Ermənistanın qondarma erməni soyqırımın 100 illik yubileyi ərəfəsində olduğunu nəzərə alsaq, hadisələrin məhz qisas məqsədilə Daşnaqsütun partiyası tərəfindən törədildiyi istisna deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti