Muz TV 1 yaşını qeyd etdi - FOTOLAR

  13 May 2013    Oxunub : 1136
Muz TV 1 yaşını qeyd etdi - FOTOLAR
Mayın 11-də Muz TV internet televiziyasının 1 yaşı təmtəraqlı şəkildə qeyd olunub.
Gecədə bir çox məşhur simalar iştirak edib. Tədbiri əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq ritm qrupu” öz möhtəşəm ifası ilə açıb, daha sonra Muz Tv-nin 1 illik tarixini əks etdirən film nümayiş olunub. Tədbirin əvvəlində şoumen Murad Dadaşov gələn qonaqları salamlayaraq aparıcılıq missiyasını yerinə yetirməsi üçün aktyor Elnur Kərimovu səhnəyə dəvət edib.

Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək Muz Tv-nin musiqi tarixində böyük rol oynayacağını deyib. Ard-arda sevilən mahnılarını səsləndirən ulduzlar gecəyə xüsusi rəng qatıblar. Qonaqlar arasında xalq artistləri Yalçın Rzazadə, Mənsum İbrahimov, Səməd Səmədov, Faiq Ağayev, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, Səlim Abbasov, Mətanət İsgəndərli, müğənnilər Elnarə Xəlilova, Zamiq Hüseynov, Elçin Hüseynov, bəstəkarlar Faiq Sücəddinov, Aygün Səmədzadə və digər tanınmışlar yer alıb.

Foto


Teqlər: