Canamazın içərisində mobil telefon keçirmək istədi

Canamazın içərisində mobil telefon keçirmək istədi
  13 May 2013    Oxunub:1493
Vətəndaşın həbsdə olan qohumuna gətirdiyi sovqata baxış keçirilən zaman canamazın içərisində gizlədilmiş 1(bir) ədəd “Egitel” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılan Rəvan Etibar oğlu Şükürova qohumu Rəhman Əli oğlu Axundovun gətirdiyi sovqata baxış keçirilən zaman canamazın içərisində gizlədilmiş 1(bir) ədəd “Egitel” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az




Teqlər:





Xəbər lenti