Daha 2 futbolçu `Hafka`nın klubundan getdi

Daha 2 futbolçu `Hafka`nın klubundan getdi
  10 Yanvar 2015    Oxunub:2045
"Bakı"nın iki legioneri hələ də komandanın düşərgəsinə qoşulmayıb.
AzVision.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu haqda klubun icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, Lukas Mario Horvat və Risto Ristoviç müəyyən maliyyə şərtləri irəli sürüblər. Həmin şərtlər yerinə yetiriləcəyi halda, hər iki futbolçu "Bakı"ya qayıdacaq. Əks halda, onlarla yollar tam ayrılacaq. Seyidov digər legionerlər - Jaba və Georgios Pelagiasın komandanın düşərgəsinə yanvarın 10-da qoşulacaqlarını bildirib.

Qeyd edək ki, baş məşqçi İbrahim Uzunca artıq Bakıdadır və komanda bu gün türkiyəli mütəxəssisin rəhbərliyi altında məşq edib.


Teqlər:  





Xəbər lenti