Tanınmış futbolçu qəzada öldü

Tanınmış futbolçu qəzada öldü
  11 Yanvar 2015    Oxunub:2258
"Volfsburq"un futbolçusu Junior Malanda bu gün avtomobil qəzasında dünyasını dəyişib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qəzaya yüksək sürət səbəb olub.

J.Malanda idarə etdiyi avtomobillə Hannover istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 20 yaşlı oyunçu elə hadisə yerindəcə keçinib.

Malanda ilə birlikdə avtomobildə olan iki nəfər isə ağır yaralanıb.


Teqlər:





Xəbər lenti