Səlim Müslümov vətəndaşları qəbul edəcək

Səlim Müslümov vətəndaşları qəbul edəcək
  13 May 2013    Oxunub:1355
DSMF sədri Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayon sakinləri ilə görüşəcək.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,DSMF sədri Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayon sakinləri üçün qəbul keçirəcək.

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov 15 may 2013-cü il tarixdə, saat 11.00-da DSMF-nin Sabirabad rayon şöbəsinin inzibati binasında Şirvan şəhər, Saatlı, Salyan, Cəbrayıl, Hacıqabul, Neftçala və Sabirabad rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Qəbulda iştirak etmək üçün vətəndaşlar Salyan, Neftçala və Cəbrayıl rayonlarından mayın 15-də saat 08.30-da, Şirvan şəhərindən, Hacıqabul və Saatlı rayonlarından isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin qarşısından onlar üçün xüsusi ayrılmış nəqliyyatla Sabirabada aparılıb gətiriləcəklər. Qəbula yazılmaq və əlavə məlumat almaq üçün “info @ sspf.gov.az ” elektron poçt ünvanı, 190 saylı “Qaynar xətt”, habelə Fondun Aparatında (012)434-12-34, (050)230-33-40 nömrəli telefonları, Fondun Sabirabad rayon şöbəsində isə 021-235-50-57 və (050)333-91-31 nömrəli telefonları vasitəsilə əlaqə saxlamaq olar.

AzVison.az



Teqlər:





Xəbər lenti