Sabah yağış yağacaq

  13 May 2013    Oxunub : 315
Sabah yağış yağacaq
Hava dəyişkən buludlu olacaq, qısamüddətli yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 14-15-də BakıAbşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mayın 14-də səhər yarımadanın bəzi yerlərin qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim-cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-25 dərəcə isti, mayın 15-də isə bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir.

Rayonlarda da gecə qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim-şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 11-16, gündüz 21-26, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.

Mayın 15-də də bölgələrdə əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti gözlənilir.

Tibbi meteoroloji proqnoz: yaxın 2 gün ərzində Abşeron yarımadasında tibbi-meteoroloji amillərin zəif və mülayim tərəddüdü, eyni zamanda temperaturun iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

AzVision.az

Teqlər: