“Barselona”nın yeni baş məşqçisi kim ola bilər?

“Barselona”nın yeni baş məşqçisi kim ola bilər?
  12 Yanvar 2015    Oxunub:2204
“Bavariya”nın sabiq çalışdırıcısı Yup Haynkes yaxın vaxtlarda “Barselona”nın baş məçqçisi təyin edilə bilər.
Qol.Az-ın xəbərinə görə, bu haqda İspaniyanın nüfuzlu “AS” qəzeti xəbər yayıb. Bildirilib ki, Kataloniya klubunun rəhbərliyinin hazırkı baş məşqçiləri Luis Enrikeni istefaya göndərmək fikri qətidir. Qəzet yazıb ki, Haynkes “Barsa”nın baş məşqçisi vəzifəsinə əsas namizəddir.

Qeyd edək ki, hazırda “Barselona”da L.Enrike ilə Lionel Messi arasında gərginlik olduğu bildirilir. Məlumata görə, bu məsələdə klub prezidenti Messini müdafiə edir və məhz argentinalı ulduzun istəyi ilə Enrike ilə müqaviləni ləğv etməyi düşünür.

Yeri gəlmişkən, “Barselona”nın məşqçi korpusundakı dəyişikliyin bu gün – “Atletiiko”ya qarşı keçiriləcək çempionat oyunundan sonra baş verəcəyi istisna olunmur.

Xatırladaq ki, Haynkes 2012/13 mövsümündə “Bavariya”ya Almaniya çempionluğunu, ölkə kubokunu və Çempionlar Liqasının kubokunu qazandırıb.


Teqlər:  





Xəbər lenti