Toyda dava - qan töküldü

Toyda dava - qan töküldü
  12 Yanvar 2015    Oxunub:2162
Gəncə şəhər sakini, 24 yaşlı Kamran Kərimov gecə saat 1 radələrində qarının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Gəncə Şəhər TTYX-ya gətirilib.
AzVision.az Kəpəz TV-yə istinadən bildirir ki, yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər. İlkin məlumatlara görə, hadisəyə səbəb toy məclisində baş verən mübahisə olub. Faktla bağlı cinayət işi açılıb.

Hadisənin hansı zəmində baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.


Teqlər:





Xəbər lenti