Elçinin “Qatil”i - VİDEO

Elçinin “Qatil”i - VİDEO
  13 May 2013    Oxunub:6091
Bu gün Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, professor Elçin Əfəndiyev 70 yaşını qeyd edir.
Elçin Əfəndiyev 13 may 1943-cü ildə Bakı şəhərində XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib. Uşaqlıq çağlarından etibarən ədəbi mühitin içində, kitabların əhatəsində olub. İlk hekayəsi «O inanırdı» 16 yaşı olarkən, 1959-cu ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunub.

"Min gecədən biri" adlı ilk hekayələr kitabı 1965-ci ildə çapdan çıxıb. Bundan sonra Elçinin dünyanın müxtəlif dillərində 100-ə yaxın kitabı nəşr olunub.

Elçinin dramaturji yaradıcılığı heç də onun nəsr yaradıcılığından az əhəmiyyətli deyil. Elçin bəzi pyeslərinin başlıqlarında nəsr əsərlərinin adını səsləndirsə də, o dramın qanunauyğunluqlarına əməl etməklə, burada yeni effekt yaratmağa, tamaşaçını məşğul etməyə çalışır. Elə buradan da Elçinin dramaturji sisteminin qeyri-adiliyi, orijinallığı görünür. "Hökmdar və qızı", "Mənim sevimli dəlim”, “Şekspir”, “Teleskop”, “Ah, Paris, Paris”, “Mənim ərim dəlidir”, “Sənətkarın taleyi” və “Qatil” bunlardan sadəcə bir neçəsidir.

Müəllifin 2005-ci ildə qələmə aldığı “Qatil” müxtəlif ölkə teatrlarında səhnələşdirilsə də tamaşaçı sevgisini və rəğbətini Mehriban Ələkbərzadənin quruluşunda, Akademik Milli Dram Teatrının səhnəsində qazanıb. 2007-ci ildə səhnələşdirilən tamaşa ötən ilin oktyabrında yeni quruluş və yeni aktyor heyəti ilə Dram Teatrının səhnəsinə qayıdıb.




Teqlər:  





Xəbər lenti