Azad Rəhimov gürcü həmkarı ilə görüşüb

Azad Rəhimov gürcü həmkarı ilə görüşüb
  13 May 2013    Oxunub:1629
Gənclər və idman naziri Azad Rəhimov gürcüstanlı həmkarını qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu gün gənclər və idman naziri Azad Rəhimov Gürcüstanın yeni təyin olunmuş idman və gənclərlə iş naziri Levan Kipiani görüşüb.

Qonağı salamlayan nazir Azad Rəhimov ona ölkəmizdə dövlət gənclər siyasəti və idmanın inkişafı yönündə görülən işlə barədə məlumat verib. A.Rəhimov iki qonşu ölkə arasında həm bədən tərbiyəsi və idman, həm də gənclər sahəsində əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib. Bildirib ki, sərhədyanı rayonlarda gənclərin iştirakı ilə birgə tədbirlərin təşkili ənənəsinin bərpası daha bu baxımdan daha faydalı ola bilər.

Qonağa univiziya tələbə musiqi yarışması barədə məlumat verən nazir bu yarışın beynəlxalq status alacağını və hələlik 30-40 ölkədən təmsilçilərin iştirakının nəzərdə tutulduğunu qeyd edib.

Azərbaycanda idmanın maddi-texniki bazasının ilbəil genişləndiyini qeyd edən nazir Azad Rəhimov hazırda ölkəmizdə 36 olimpiya idman kompleksinin istifadəyə verildiyini və bu prosesin davam etdiyini bildirib.

Səmimi qəbula və ölkəmizdə gördüyü qonaqpərvərliyə görə minnətdarlığını bildirən gürcü nazir Azərbaycanla əməkdaşlığın Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib. Cənab Levan Kipiani bir çox idman növləri üzrə birgə təlim-məşqlərin, eləcə də birgə yarışların təşkilinin də əhəmiyyətli ola biləcəyini qeyd edib.

Xatırladaq ki, səfərin əsas məqsədi iki ölkə arasında gənclərlə iş və idman sahələrində əməkdaşlıq haqqında mövcud Sazişlərin müddəalarının həyata keçirilməsi sahəsində əlaqələrin indiki vəziyyətini, onların genişləndirilməsi və gücləndirilməsi perspektivini müzakirə etməkdir.


Teqlər:  





Xəbər lenti