Gəncə Şəhər İcra Hakimiyyəti: “Bunlar iftiradır”

Gəncə Şəhər İcra Hakimiyyəti: “Bunlar iftiradır”
  13 May 2013    Oxunub:2235
“Biz həmin o insanları Gəncəyə dəvət edirik”
“Yeni Müsavat” qəzetinin “Elmar Vəliyevin məsələsi ATƏT-də qaldırılacaq”adlı yazısına Gəncə şəhər icra başçısının müavini Naqif Həmzəyev münasibət bildirib. AzVision.az-a açıqlamasında N.Həmzəyev qeyd edib ki, yazıdakı məlumatları tam əsassızdır.

“Bunlar hamısı qurma və iftiradır. Özlərinin fantaziyasıdır. Azər Ayxana edilən zəngin Gəncə Şəhər İcra hakimiyyəti ilə heç bir əlaqəsi yoxdur. Onlar özləri də bildirib ki, bu ehtimaldır. Amma belə bir şeyin olması mümkün deyil. Azər Ayxanın nömrəsi hər kəsdə ola bilər. Bəlkə də başqa bir adamın onunla şəxsi ədavəti var? İndi bir dövlət orqanı jurnalistlə ədavət aparacaq?

Bizim heç kimdən qorxumuz yoxdur. Gördüyümüz işlər göz qabağındadır. İki il ərzində Gəncədə nə qədər yeniliklər, dəyişikliklər olub. Biz həmin o insanları Gəncəyə dəvət edirik, gəlib özləri görsünlər, Gəncə sakinləri ilə danışsınlar. Yoxsa Bakıda otutub yazmaqla heç nə olmur”-deyə, N.Həmzəyev əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti