"Qızıl top" Ronaldoya verilir - İDDİA

"Qızıl top" Ronaldoya verilir - İDDİA
  13 Yanvar 2015    Oxunub:2640
Portuqaliya millisinin və "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo ardıcıl ikinci dəfə ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına sahib çıxıb.
Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri "RİA Novosti" agentliyinə FİFA-dakı mənbə bildirib.

Xəbərdə Ronaldonun 37,66 faiz səslə birinci olduğu qeyd edilib. Lionel Messi 15,76 faizlə ikinci, Manuel Noyer isə 15,72 faiz səslə üçüncü olub. Səsvermə 181 yığmanın baş məşqçisi, 182 millinin kapitanı və 181 jurnalist arasında keçirilib.

Qeyd edək ki, "Qızıl top" mükafatının yeni sahibi bu axşam, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə rəsmən açıqlanacaq. Ronaldo mükafatı qazanacağı təqdirdə bu, onun ardıcıl ikinci (2013, 2014), ümumilikdə üçüncü (2008) "Qızıl top"u olacaq. Messi isə bu mükafatı ardıcıl 4 dəfə (2009, 2010, 2011, 2012) qazanmaqla rekorda imza atıb.


Teqlər:





Xəbər lenti