6 ermənini öldürən rus əsgər tutuldu
Rus əsgəri Ermənistan-Türkiyə sərhədi yaxınlığında yerləşən Bayandur kəndində saxlanılıb. Hazırda Permyakov Ermənistan sərhədçilərinin əlindədir.
Qeyd edək ki, ötən gün Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.
Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.
Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.
Eldar Tanrıverdiyev