Almaniya yenidən İslama qarşı - Etirazlar başladı
AzVision.az-ın alman KİV-nə istinadən verdiyi məlumata görə, aksiyada ümumilikdə 25 mindən çox insan iştirak edib.
Etiraz aksiyası ənənəvi olaraq Avropanın islamlaşdırılmasına qarşı olan radikal təşkilat “PEGİDA” tərəfindən təşkil olunub.
Etirazçılar əllərində Almaniya, Fransa bayraqları, həmçinin 2Onlar bizim azadlığımız öldürə bilməzlər” və “Mən Şarliyəm” kimi plakatları ilə aksiyalara qatılıblar.
Etiraz aksiyaları Almaniyanın digər şəhərlərində də keçirilib. Ümumilikdə “PEGİDA” tərəfindən təşkil olunan aksiyalarında 100 minə yaxın insan iştirak edib.
Eldar Tanrıverdiyev